Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsü qəza törədib. Bu haqda BakuPlus.az Baku TV-yə istinadən bu gün, 9 noyabr tarixində xəbər verir.
Qəzanın sutkanın qaranlıq saatlarında baş verdiyi bildirilir. Avtomobil kuryer xidmətinin motosikleti ilə toqquşub.
Hadisə yerində naməlum şəxslər arasında mübahisə yaranıb.