Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb. Bu haqda 17 noyabr tarixində Report məlumat verib.
Noyabrın 5-də Qax rayon sakini, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb. Kəllə-beyin travması alan Feyzullayev Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Lakin həmin şəxs noyabrın 15-də xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.