Ağstafadan Bakıya gələn sərnişin avtobusunda narkotik tapılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şahin Nağıyev mikroavtobus ilə 4 kiloqrama yaxın marixuananı paytaxta gətirərək burada satışını təşkil etməyi planlaşdırırdı. O, Səbail rayonu ərazisində saxlanılıb. Həmçinin həmin narkotikləri yetişdirən Niyaməddin Nağıyev müəyyənləşdirilərək tutulub.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_83358" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]