Sərxoş halda polis avtomobilinin şüşəsini sındıran aksiya iştirakçısı saxlanılıb. Bu haqda 12 noyabr tarixində APA məlumat verib.
Noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirib. Aksiya zamanı sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırıb. Həmin şəxs saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.