“Report” informasiya agentliyinin işçisi, Vətən müharibəsi veteranı Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib. Bu haqda bu gün, 31 may tarixində agentlik məlumat yayıb.
Səbuhi Məmmədov 2000-ci ildə Şirvan şəhərində anadan olub. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
[caption id="attachment_102011" align="alignnone" width="640"]
Foto Report.az[/caption]