Bakıda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin birində məhbus ölüb. Bu haqda bu gün, 16 dekabr tarixində Lent.az məlumat verib.
Həbsxanada cəza çəkən Yan Raznobarskinin ölüm səbəbi hələlik məlum deyil.
Mərhum iş adamı olub. 2015-ci ildə o, Bakının Suraxanı qəsəbəsindəki “Dostluq” kafesində şəriki Murad Seyidovu güllələyib. Törədilən cinayətə görə Raznobarski 15 il müddətinə azadlıqdan məhrum edilib. O, buna etiraz olaraq 2018-ci ildə cəza çəkdiyi müəssisədə özünü doğrayaraq intihara cəhd edib, lakin həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.