“Sədərək” ticarət mərkəzinin sahibinin oğlu qarət olunub. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə kimi işləyən Ruzan Cabbarova həmin evdən müxtəlif vaxtlarda ümumilikdə 803.118 AZN-lik oğurluq edib. O, oğurladığı pul, qızıl və digər əşyaları Zabrat qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində basdırıb.
Təqsirli bilinən Ruzan Cabbarova törətdiyi əməli etiraf edib və həbs olunub. Məhkəmə 20 dekabr tarixinə təyin olunub.