Bakıda sükan arxasında yuxulayan taksi sürücüsü qəza törədib. Bu haqda bu gün, 1 noyabr tarixində Caliber.az məlumat verib.
Sosial şəbəkələrdə yayılan videoda “Toyota Prius” markalı avtomobilin sürücüsünün tıxacda sükan arxasında yuxuya getməsi əks olunub.
Nəticədə “Prius” qarşıdakı “Mitsubishi Pajero” markalı avtomobilə çarpılıb.