Bakı sakinini Xaçmazda cərəyan vuraraq öldürüb. Bu haqda Bakuplus.az 3 iyul tarixində Report-a istinadən məlumat verir.
Hadisə Nabran kəndində yerləşən "Dənizçi" istirahət mərkəzində baş verib. Xanım Tağıyevanı hamam otağında elektrik cərəyanı vurub. 60 yaşlı qadın yerindəcə keçinib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.