Bakı şəhərinin Suraxanı rayonunda hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yataqxanada yanğın baş verib. Bu haqda məlumatı Bakuplus.az bu gün, 11 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin tavanı 15 kv.m sahədə yanıb. Yüksək temperaturdan binanın dam örtüyünün taxta atmaları 50 kv.m sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.