Tanınmış hidroloq alim, coğrafiya elmləri doktoru, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Dissertasiya şurasının üzvü Rəna Qaşqay vəfat edib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
1938-ci ildə Bakı şəhərində anadan olan R. Qaşqay 1960-cı ildə coğrafiyaçı ixtisası üzrə Bakı Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsini bitirib.
1966-cı ildə Moskva şəhərində “Böyük Qafqazın su balansı (Azərbaycan daxilində)”, 2009-cu ildə “Azərbaycan çayları axımının formalaşması, keçməsi və istifadəsinin coğrafi aspektləri” adlı namizədlik dissertasiyalarını müdafiə edib.
Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Coğrafiya İnstitutu və Su Problemləri İnstitutlarının elmi və elmi-texniki şurasının və akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olub.