Tanınmış stilist Orxan Seyidovu öldürən şəxs barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 23 yaşlı Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
14 mart tarixində Bakının Xətai rayonunda 34 yaşlı Orxan Seyidov bıçaqlanaraq öldürülmüşdür.