Bakıda 51 yaşlı kişi itkin düşüb. Bakuplus.az bu barədə 30 may tarixində Media.az-a istinadən xəbər verir.
Yazıçı, “Новая литература” adlı ədəbi jurnalın redaktoru Laçın Səmədzadə mayın 24-də Tbilisidən Bakıya gəlib və yoxa çıxıb. Həmkarı Dina İzmaylovanın sözlərinə görə, Laçın yaradıcı adamdır və məişət məsələlərində səriştəsizdir:
Onu, deyəsən, 5-ci Polis Bölməsinin yanında görüblər. Laçının yaddaş və sağlamlığı ilə bağlı problemləri var. Həmçinin o, dərin depressiyada idi. Biganə olmayan insanlardan onu axtarmağa köməklik göstərmələrini istəyirəm”.
Laçın Səmədzadəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və ya 8-914-699-35-47 nömrəsinə məlumat vermələri xahiş olunur.