Bakıda itkin düşən 25 yaşlı qız intihar edib. Bakuplus.az bu barədə 30 may tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Mayın 26-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə R. Rzayevanın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Onun naməlum istiqamətə getdiyi və geri dönmədiyi bildirilib.
Araşdırmalar nəticəsində R. Rzayevanın mayın 29-da Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində olan binanın 15-ci mərtəbəsindəki ümumi eyvanından özünü atdığı məlum olub.
Araşdırmalar aparılır. Hadisənin digər təfərrüatları hələlilk bilinmir.