Uşaq evində yaşayan qız itkin düşüb. Bu haqda bu gün 24 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakıda yerləşən uşaq evlərinin birində yaşayan 18 yaşlı Səadət Mehdiyev 22 iyun tarixində yaşadığı yerdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. O, uşaq evindən yoldaşları ilə görüşmək adı ilə çıxmışdı.
Hazırda onun axtarışları aparılır.