Xırdalanda yerləşən ikimərtəbəli evdə partlayış baş verib, iki nəfər xəsarət alıb. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli dördotaqlı evdə partlayış baş verib. İlkin ehtimala görə, hadisə məişət qazının sızması nəticəsində qeydə alınıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Hadisə yerinə cəlb olunun FHN əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Videogörüntülərə əsasən, binada fərdi uşaq bağçası fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=82624]