Xəzərin Bakı akvatoriyasında qanunsuz ovla məşğul olan şəxs saxlanılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Bakı sakini Salman Babayev müəyyən edilərək tutulub. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub.
Oxşar tədbirlər ölkənin müxtəlif rayonlarında baş tutub.