İçərişəhərdə xalça oğurlayan şəxs həbs olunub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
51 yaşlı Bakı şəhər sakini Adil (ad şərtidir) 10 ədəd qədim xalça oğurladığına görə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
O, ötən ilin sentyabr ayında müxtəlif vaxtlarda Mirzə Mənsur küçəsi, 47 ünvanında yerləşən ofisdən ümumilikdə 10 ədəd xalça oğurlayıb. Ofisə dəyən zərər 7000 AZN təşkil edib.