Paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində 3 nəfər dəm qazından zəhərlənib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən küçədə yerləşən mənzillərin birində kirayə yaşayan 41 yaşlı Məmməd Qənbərov hamam otağında çimən zaman dəm qazından zəhərlənərək dünyasını dəyişib. Həmin mənzildə olan daha 2 nəfər - 15 yaşlı Vəli Qarayev və 56 yaşlı Gülnarə Qarayeva xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.