Bakının Yasamal rayonu, Naxçıvani küçəsində yerləşən “pub”ların birində kütləvi dava baş verib. Bu haqda bu gün, 17 dekabr tarixində Qafqazinfo məlumat verib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları 3 nəfəri saxlayaraq polis bölməsinə aparıblar. İlkin məlumata görə, xuliqanlıq edən şəxslərdən birinin telekanalların birində baş rejissor olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.