Ziya Bünyadov prospektində piyada avtomobil yoluna uzanıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə naməlum şəxsin prospektin tam ortasında uzanaraq başını asfalta çırpması görüntülənir. Onun hansı səbəbdən bunu etməsi məlum deyil.
İctimaiyyət həmin şəxsi çəkən və sadəcə yan ötüb keçən sürücülərə iradlarını bildirib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/avtosfer.mp4"][/video]