top
Özünü yandıran gənc qadın danışdı: “Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib benzin aldım, onun gözü qarşısında üzərimə tökdüm”
23 may 2023, 08:04
- ↺ +

Özünü yandıran gənc qadın danışdı: “Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib benzin aldım, onun gözü qarşısında üzərimə tökdüm”

Sevgilisi tərəfindən işgəncəyə məruz qalan və özünü yandıran qadın 5 gündür ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən evə buraxılıb. O, başına gələnləri danışıb. Bu haqda bu gün, 23 may tarixində Bizim.Media məlumat verib.

23 yaşlı gənc qadın ilk dəfə 15 yaşında ailə qurub, lakin uşaq 8 aylıq olanda həyat yoldaşı ilə ayrılıb. Qadının sözlərinə görə, o, uşağın atasının narkotik aludəçisi olduğunu bilib.

3 il öncə qadın ikinci dəfə – Anar Məmmədzadə ilə ailə qurub. Qeyri-rəsmi münasibətlərdə yaşayan qadın kişidən rəsmi nikah tələb edib. Lakin bir müddət sonra kişinin davranışı dəyişib: “Oğlumun gözü qarşısında səbəbsiz yerə döyürdü, təhqir edirdi və nalayiq ifadələr səsləndirirdi. Uşaq dəfələrlə onun məni bıçaqla hədələdiyinin şahidi olurdu. Məni kənarda əxlaqsız kimi tanıtdırıb, aşağılayırdı. Övladımı evdə tək qoyub, restoranlarda qabyuyan işləyirdim. Çünki bu adam bizə baxmırdı. Dözməyə çalışırdım ki, insanların növbəti qınağına tuş gəlməyim”.

Bir müddət aralarında soyuqluq yarandığı üçün cütlük ayrı evlərdə yaşayıblar. Amma günlərin birində kişinin kirayə qaldığı ev qısaqapanmadan yanıb. Anar Məmmədzadə isə evin yanmasında qadını günahlandıraraq, ölüm həddinə çatdırıb: “Bu dəfə uşağımı, ailəmi ağır söyüşlərlə təhqir etdi və məni əxlaqsızlıqda günahlandıraraq ölüm həddinə çatdırdı. O an beynim işləmirdi, ilk ağlıma gələn şey özümü öldürmək oldu. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib benzin aldım. Onun gözü qarşısında üzərimə tökdüm”.

Qadın xəstəxanaya yerləşdirilib və orada 26 gün qalıb. Yanıq yaraları dərin olduğuna görə müalicə prosesi uzun olacaq.

“İş qabiliyyətim olmadığı üçün dərmanları almaqda çətinlik çəkirəm. Yeganə tələbim məni bu vəziyyətə gətirən Anarın cəzalanmasıdır. Onun məsuliyyətə cəlb olunmasını istəyirəm. Üzüm, sinəm və bədənim yandığı üçün bu durumda uşağın qarşısına da çıxa bilmirəm. Sağalandan sonra oğlumu sığınacaqdan götürüb həyatımıza davam edəcəyəm. Çünki sentyabrda oğlum 1-ci sinfə getməlidir”, - deyə gənc ana yekunlaşdırıb.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər