Zaqatalada zəhərlənən qadın təcili Bakıya gətirilib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Zaqatalanın Muxax kəndinin 72 yaşlı sakini Zahidət Abdullayeva turşu sirkəsindən zəhərlənib. Onun vəziyyəti ağır olduğundan qadın Bakıya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.