2021-ci il dekabrın 18-dən 2022-ci il fevralın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində fotoqrafı Pol Nadarın (1856-1939) əsərlərindən ibarət fotosərgi keçiriləcək. Tədbir Fransız İnstitutu tərəfindən təşkil olunur.
Sərgi Pol Nadarın İstanbuldan Daşkəndə səfəri zamanı Bakıdan keçərək çəkdiyi fotoşəkillərə, həmçinin atası Feliks Nadarın Parisdə çəkdirdiyi fransız məşhurlarının portretlərinə həsr olunub.
Belə ki, fotoşəkillər üç hissəyə bölünüb: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”.
Bu əsərlər Azərbaycanda ilk dəfə Memarlıq və İrs Mediateca (Fransa Mədəniyyət Nazirliyinin nəzdində) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təqdim olunub.
Ekspozisiya bazar ertəsi xaric hər gün saat 10:00-dan axşam saat 18:00-dək açıqdır.