Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib: o, qida qəbul edə bilmir. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
85 yaşlı Xalq artistinin özünün verdiyi məlumata görə, bir neçə gündür səhhətində problemlər yaranıb və o, özünü yaxşı hiss etmir.
O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir, yemək yeyə bilmədiyini vurğulayıb.
Aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və onlarla digər film və televiziya tamaşalarında çəkilib.