Bakıda rəssam Fəridə Qarayevanın fərdi sərgisi nümayiş olunacaq. Bu haqda 28 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Art Tower qalereyasında martın 2-i “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində, rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi baş tutacaq. Sərgi zamanı rəssamın 15 əsəri nümayiş olunacaq. Qarayevanın əsərlərində Azərbaycan xalça sənəti və irsi təbliğ olunur.
Sərgi 02-06 mart tarixlərində saat 11:00-17:00-dək davam edəcək.