“Yuğ” teatrının repertuarında dəyişiklik olub. Bu haqda 21 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Azərbaycan Dövlət “Yuğ” Teatrının sənətçilərinin səhhətindəki problemlərə görə repertuarında dəyişiklik edilib. Dəyişiklərə əsasən, “Təklif” tamaşası yanvarın 29-da, ”Kloun Z” tamaşası isə yanvarın 30-da nümayiş olunacaq.
Biletləri Kukla Teatrının kassasından almaq mümkündür.
Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. Bakıda aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, Yuğ Teatrının Murtuza Muxtarov küçəsi, 83 ünvanında yerləşən binası sökülüb və müvəqqəti A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2-ci mərtəbəsinə köçürülüb.