Rus xalqının ənənəvi geyim nümunələri Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunacaq. Bu haqda 5 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Bakıda 2022-ci ilin payız ayında Rusiya Etnoqrafiya Muzeyi tərəfindən rusların dekorativ tətbiqi sənət nümunələrinə dair geniş miqyaslı sərgi keçiriləcək. Muzey Natalya Şabelskayanın XX əsrin əvvəllərinə aid geniş kolleksiyasının mühüm hissəsini Bakıda nümayiş etdirəcək.
Sərgidə
- köhnə rus geyimləri
- qədim naxış işləmələri
- krujeva parçaları
- əyirici çarxlar
- qurabiyə hazırlamaq üçün taxta qəlblər
- oyuncaqlar
- arxeologiya nümunələrinin unikal kolleksiyaları nümayiş olunacaq
“Biz Azərbaycan Milli Xalça Muzeyi ilə dostuq. Muzey rus xalqının mədəniyyətinə məxsus dekorativ tətbiqi sənət nümunələrini təqdim etmək niyyətindədir. Onları daha çox qadın gözəlliyini əks etdirən ənənəvi geyimlər maraqlandırır”, - deyə qurumun Yuliya Kupina deyib.