Azərbaycanlı opera müğənnisi Elçin Əzizov humanitar sahədə nailiyyətlərinə görə Müstəqil Dövlətlər Birliyinin baş mükafatı - “Birlik ulduzları” ilə təltif edilib. Bu haqda bu gün, 15 dekabr tarixində APA məlumat verib.
Mükafatlandırma mərasimi dekabrın 21-də Moskvadakı Paşkov Evinin böyük zalında baş tutacaq.
Mükafatlar qarışıq formatda təqdim olunacaq. Birlik laureatları mərasimə onlayn şəkildə qoşulacaqlar. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edəcək.