Akademik Milli Dram Teatrının səhnəsində Evripidin müəllifi olduğu qədim yunan faciəsi - “Medeya” əsəri əsasında monotamaşa nümayiş olunacaq. Bu haqda bu gün, 5 mart tarixində Azərtac məlumat verib.
Tamaşanın bədii rəhbəri Xalq Artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı İlham Əsgərov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, bəstəkarı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
Medeya obrazını əməkdar artist Münəvvər Əliyeva canlandıracaq.
Tamaşanın premyera tarixi haqqında məlumat əlavə olaraq veriləcək.