Bakıda Xocalı faciəsinin 30-cu ildönümündə yeni filmin təqdimatı keçiriləcək. Bu haqda BakuPlus.az Mədəniyyət Nazirliyinə istinadən bu gün, 24 fevral tarixində xəbər verir.
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.
Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.
Filmin ilk təqdimatı 28 fevral 2022-ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak edəcək.