11 dekabr tarixində Bakıda 11 yaşından yuxarı hər kəsin iştirak edə biləcəyi master-klaslar keçiriləcək. Təlimlər YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə günün müxtəlif saatlarında baş tutacaq.
Saat 12:00-da start götürəcək ustad dərsləri 18:00-a qədər davam edəcək.
Təlimçi qismində Rəşad Ələkbərov, Sabina Şıxlinskaya, Aida Mahmudova və Müseyib Əmirov iştirak edəcəklər.
11-18 yaş arası iştirakçılarla Rəşad Ələkbərov və Aida Mahmudova, 18 yaşından yuxarı tələbələrlə isə Sabina Şıxlinskaya və Müseyib Əmirov məşğul olacaqlar.
YARAT mərkəzinin 10 illiyi münasibətilə keçirilən ustad dərslərində iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.