Yanvarın 19-da Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş musiqi gecəsi keçiriləcək. Bu haqda Trend məlumat verib.
Tədbirdə bədii rəhbər və baş dirijor - Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Gecədə Qara Qarayev, Azər Rzayev, Aqşin Əlizadənin bəstələri səsləndiriləcək.