Azərbaycan Dövlət Kukla Teatrında "Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçiriləcək. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
10 mart - Milli Teatr günündə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.
Yaradıcı heyət bu dəfə yeniliklərə əl ataraq, tamaşa səhnələrində bir sıra fərqliliklər edib.