Paytaxtda Aşıq Ələsgərin 200 llik yubileyi münasibətilə onun heykəli qoyulacaq. Bu haqda Report xəbər verib.
20 dekabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aşıq Ələsgərə həsr olunmuş tədbirdə Mədəniyyət naziri Anar Kərimov prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı şəhərində aşığın heykəli qoyulacağı barədə məlumat verib.
“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpagından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir", - deyə nazir bildirib.