19 noyabr tarixində Bakıda “Mövsümün sonu” adlı film nümayiş olunacaq. Tədbir YARAT müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da göstəriləcək.
Rejissoru Almaniyada təhsil almış və yaşayan Elman İmanovdur. Film, Azərbaycanda boşanma ərəfəsində olan, azadruhlu kiçik ailədən bəhs edir.
Xronometrajı 92 dəqiqə olan film Azərbaycan dilində, ingilis alt yazılarla nümayiş olunacaq. Nümayişə yalnız 16 yaşından yuxarı və COVİD pasportu olan şəxslər buraxılacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün saat 10:00-dan 18:30-dək +994 50 246 92 92 nömrəsilə əlaqə saxlamaq mümkündür.