11 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya gələn Bülbülcanın 180 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda Azərtac xəbər verib.
Mərkəzdə muğam sənətimizin elmi-nəzəri məsələlərinə həsr olunan dəyirmi masa layihəsinin növbəti tədbiri keçiriləcək.
Tədbirin konsert hissəsində BMM-nin solistləri Əməkdar artist İlkin Əhmədov, xanəndələr Vəfa Vəzirova, Nisbət Sədrayeva, Hüseyn Məlikov, Rövşən Bəşirov çıxış edəcəklər. İfaçıları BMM-nin solistləri, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə musiqi ansamblı müşayiət edəcək.