Bakıda “Şərq irsi” adlı beynəlxalq müasir incəsənət sərgisinin açılışı olub. Bu haqda Report 17 noyabr tarixində xəbər verib.
Açılış mərasimində Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin sədri Petr Mixalko, həmçinin digər Avropa ölkələrinin səfirləri iştirak ediblər.
Sərgi Azərbaycan, Almaniya və Braziliya rəssamlarının fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.
Sərgi dekabr ayının 1-dək davam edəcək.
Bundan öncə, sərginin keçiriləcəyi barədə məlumat vermişdik.