Azərbaycan Memarlıq və İnşaat Universitetində həmin müəssisənin tələbəsinin sərgisi açılıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Universitetin Memarlıq fakültəsinin birinci kurs tələbəsi Aytac Vəzirovaya məxsus “Rəngli dünyam” adlı fərdi sərgidə 70 rəsm əsəri və 15 əl işi nümayiş olunub.
Açılışda AzMİU-nun tarix muzeyinin direktoru və Rektorun müşaviri iştirak ediblər.