22 dekabr tarixində Bakıda Nina Pandolfonun fərdi sərgisi açılacaq. Braziliyalı rəssamın sərgisi Heydər Əliyev Mərkəzində baş tutacaq. Bu haqda APA 8 dekabr tarixində xəbər verib.
Təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən rəssamın “Minnətdarlıq” (“Gratitude”) adlı sərgisində etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdiriləcək.
Sərgi 2022-ci il iyunun 19-dək davam edəcək.