15 yanvar tarixində Bakıda “La Traviata” operası səhnələşdiriləcək. Bu haqda BakuPlus xəbər verir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində saat 19:00-da nümayiş olunacaq operanın müəllifi Cüzeppe Verdidir.
Biletləri teatrın və mərkəzləşdirilmiş "ASAN XİDMƏT"in kassalarından saat 11:00-dan 19:00-dək, həmçinin onlayn formada əldə edə bilərsiniz.
3 pərdəli operaya biletlərin qiyməti bir nəfər üçün 16 manat təşkil edir.
Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, dirijoru isə Eyyub Quliyevdir.