8 dekabr tarixində Bakıda “Xanəndənin taleyi” adlı opera tamaşası nümayiş olunacaq.
Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində saat 19:00-da başlayacaq.
Müəllifi Cahangir Cahangirov olan tamaşa bəstəkarın 100 illik yubileyi münasibətilə təqdim olunacaq.
Biletləri şəhərimizin kassalarından və ya onlayn əldə edə bilərsiniz.
Tamaşalar Covid-19 qorunma qaydalarına uyğun olaraq keçiriləcək və qonaqlardan maska və Covid peyvənd pasportu tələb olunacaq.