Paytaxtda yerləşən Muzey Mərkəzində 2-15 dekabr tarixlərində saat 10:00-18:00 arası “Can Laçın” adlı rəsm sərgisi nümayiş olunacaq. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimi 1 dekabr saat 18:00-da baş tutacaq. Müəllifi rəssam Yusif Mirzənin olacağı tədbirdə Laçın şəhərinin işğaldan azad olunmasının ildönümünə həsr olunur.
Sərgidə onun Laçına həsr olunmuş bir neçə seriyadan olan əsərləri nümayiş etdiriləcək. Bunlar "İlin fəsilləri", "Nostalji" və "Müharibə siluetləri"dir.
Yusif Mirzə - Laçın rayonunun Sadınlar kəndinin yetirməsidir. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “qrafika” fakültəsində almış və xalq rəssamı, eyni zamanda özünün böyük dostu və müəllimi olan Nadir Əbdürrəhmanovun rəhbərliyi və təsiri altında tam mütəxəssis kimi formalaşmışdır.