Bakıda Müstəqil Teatrlar Festivalının açılış mərasimi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən 3 mart tarixində xəbər verir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış incəsənət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.
Festivalın təşkilatçılarından biri, Xalq artisti Vidadi Həsənov bildirib: "Bakıda 20-yə yaxın müstəqil teatr var. Buna görə sevindim. Düşünürəm ki, bu festival gəncləri daha da həvəsləndirəcək. Tədbir 7 gün davam edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək, həmçinin panellər keçiriləcək. İnsanları festivalda iştiraka çağırıram".
Daha sonra Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası oynanılıb.
Festival martın 6-dək davam edəcək.