25 yanvar tarixində Bakıda “Frantz” filmi nümayiş olunacaq. Bu haqda BakuPlus xəbər verir. Kapellhaus Baku-da keçiriləcək tədbirdə səfir Maniq və səfir Gross da iştirak edəcəklər.
Film Alman-Fransız birgə istehsalıdır və Birinci Dünya Müharibəsindən sonrakı çətin dövrün kontekstində bir sevgi hekayəsindən bəhs edir.
Giriş sərbəstdir. Girişdə COVID-19-a qarşı tam peyvənd sertifikatı təqdim edilməlidir. Yerlər məhduddur.
Bu gün, 22 yanvar tarixində almanlar və fransızların arasında bağlanan Elysee dostluq müqaviləsindən 59 il ötür.