1 fevral tarixində Bakıda “AXIN” adlı sərgi keçiriləcək. Bu haqda BakuPlus xəbər verir.
Heydər Əliyev sarayında saat 18:00-da baş tutacaq sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev sarayının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunub.
Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın rəsm əsəri nümayiş olunacaq.