2 fevral - Gənclər günü münasibətilə Bakıda “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert keçiriləcək. Bu haqda BakuPlus Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Tədbirlər 2-4 fevral tarixlərində təşkil olunacaq.
2 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti olacaq.
3 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” skripkaçılar ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva) baş tutacaq.
4 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor – Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva (piano)) keçiriləcək.
[caption id="attachment_31010" align="alignnone" width="800"]
Foto Mədəniyyət Nazirliyinin saytı[/caption]