Bakıda xor üzrə ustad dərsi keçiriləcək. Bu haqda 12 fevral tarixində edumap.az məlumat verib.
15 fevral saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Xalq artisti, Ankara Radiosu Çoxsəsli Xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Konsertdə məşhur bəstəkarların xor əsərləri səsləndiriləcəkdir.
17 fevral saat 11:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində musiqi həvəskarları üçün xor ifaçılığı üzrə ustad dərsi keçiriləcək.
İştirak ödənişsizdir, lakin yerlər məhdud olduğundan əvvəlcədən 0502469292 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.