3 dekabr tarixində Bakıda “Generalın sirli taleyi” kitabının təqdimatı keçiriləcək. Tədbir İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Hərb Tarixi muzeyinin dəstəyi ilə saat 12:00-da Bakı Kitab Mərkəzində baş tutacaq.
Müəllifi Məhərrəm Zülfüqarlı olan kitab General-mayor Məmməd Bağır Bağırovun 120 illik yubileyinə, Azərbaycanın tarixi qələbəsinə və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilir.
Tədbirdə iştirak üçün “COVİD-19 vaksin sertifikatı” və ya “Covid-19 immunitet sertifikatı” tələb olunur.