1 may tarixində Bakıda “İşıqlı Kuklaların şousu” olacaq. Bu haqda BakuPlus 28 yanvar tarixində xəbər verir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera zalında baş tutacaq şouda Nikolay Zıkovun teatrının əməkdaşları nümayişi təşkil edəcək.
Ailənizin bütün üzvlərinin iştirak edə biləcəyi şouda 1 metrdən 8 metrədək ölçüdə olan kuklalar maraqlı nömrələrlə tamaşaçıların qarşısına çıxarılacaqlar.
Bir nəfər üçün biletin qiyməti seçəcəyiniz yerdən asılı olaraq 15-60 manat arasında dəyişir.
Biletləri onlayn da əldə edə bilərsiniz.